Hadisə

Sumqayıtda Mercedes aşıb

Hadisə yerinə xilasedicilər cəlb olunub.

· Xəbərçi
Sumqayıtda Mercedes aşıb
Sumqayıtda “Mercedes” aşıb, bir nəfər xəsarət alıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə, bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılıb qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalan şəxs çıxarılıb. Onu hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Şərhlər