Sumqayıtda iki qardaş qətlə yetirilib
04 Noyabr 2009 Çərşənbə 17:15
Azərbaycanın Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, iki qardaş mülk üstündə qətlə yetirilib.
Hadisə şəhərin 45-ci məhəllə adlanan ərazisində, “Diamed” Sağlamlıq Mərkəzinin yaxınlığında baş verib. Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Ağamoğlan Əlihəsən oğlu İbrahimov münaqişə zəminində 1966-cı il təvəllüdlü Məmmədov Hamlet Əli oğlunu bıçaqlayıb. Hamletin qardaşı İlham Məmmədov onları ayırmaq istəyərkən ona da bir neçə bıçaq zərbəsi dəyib. Nəticədə hər iki qardaş hadisə yerindəcə keçiniblər.

A. İbrahimov hadisəni törətdikdən sonra polisə gələrək könüllü təslim olub. O, qardaşları mülk üstündə aralarında yaranmış borca görə qətlə yetirdiyini bildirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar