Hadisə

Sumqayıtda firma qarət olundu

Oğurluq edən şəxs yaxalanıb.

· Xəbərçi
Sumqayıtda firma qarət olundu
Sumqayıtda bir firmadan içərisində pul və sənədlər olan seyfi oğurlayan şəxs tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də “İnteryer” firmasına məxsus, içərisində 7 400 dollar pul, ştamp, möhürlər və sənədlər olan seyfi oğurlamış Saray qəsəbə sakini Kamran İsgəndərov yaxalanıb.

Şərhlər