Hadisə

Sumqayıtda dəhşətli yol qəzası: 6 nəfər öldü

Qəza nəticəsində 2 nəfər də yaralanıb

· Xəbərçi
Sumqayıtda dəhşətli yol qəzası: 6 nəfər öldü
Bu gün saat 04:00 radələrində Sumqayıt şəhəri ərazisində dəhşətli yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakinləri Qorxmaz Niftəliyevin idarə etdiyi "VAZ-2107" markalı və Gündüz Cəlilovun idarə etdiyi "Mercedes E-200" markalı avtomaşınlar toqquşub.

Nəticədə Q.Niftəliyev və sərnişiləri - Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölüb, xəsarət almış G.Cəlilov və digər sərnişinləri - Rusiya Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdiriliblər.

Şərhlər