Hadisə

Sulutepede KamAZ eve girdi

Neticede evin bir hissesi tamamile dağılıb.

· Xəbərçi
Sulutepede KamAZ eve girdi
Abşeron rayonu ərazisində Sulutəpədən Hökməli dairəsinə gedən yolda KamAZ markalı maşın yaşayış evinə daxil olub. Ev sahibinin ANS PRESS-ə verdiyi məlumata görə, nəticədə evin bir hissəsi tamamilə uçub.

Xəsarət alan olmasa da ev sahibi böyük həyəcan və qorxu keçirdiklərini deyir: “Gecə saat 2-də yatdığımız yerdə KamAZ evə girdi. Qaz turbasını qırdığından evə qaz dolmuşdu. Qorxduq ki, indi partlayacaq. Qonşular gəldilər, bir təhər qazı bağladılar”.

Hadisə nəticəsində evə ciddi zərər dəyib. Hasar uçub, hamam-tualet dağılıb. Həmçinin yük maşını qonşuluqdakı təzə tikilmiş evi də uçurub. İçərisində daş və qum olan KamAZ markalı maşının sürücüsünün isə maşını hadisə yerində qoyaraq qaçdığı xəbər verilir.

Ev sahibinin bildirdiyinə görə, bu evlərinin dağılması ilə bağlı ikinci faktdır. Bundan əvvəl də yük maşını sürücünün yuxulu olmasına görə, evi uçurdaraq içəri girmişdi.

Şərhlər