Hadisə

Şou zamanı bədbəxt hadisə

Kiçik təyyarə qəzaya uğrayıb

· Xəbərçi
Şou zamanı bədbəxt hadisə
Amerika Birləşmiş Ştatlarının Ohayo ştatında hava şousu zamanı kiçik təyyarə qəzaya uğrayıb. Deyton şəhərində baş vermiş qəza nəticəsində təyyarənin pilotu və şou göstərən şəxs ölüb. Qəza anı yerli televiziya kanalları vasitəsilə anbaan qeydə alınıb. Qəzanın baş verməsinə səbəb isə pilotun təyyarəni aşağı endirən zaman balası nizamlaya bilməməsi olub.

Şəhər polisi qəza ilə bağlı araşdırma aparılması üçün istintaqa başlayıb.

Şərhlər