Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qətl hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, bir neçə dəqiqə bundan əvvəl qonşular arasında silahlı insident baş verib, nəticədə dörd nəfər güllə yarası alıb.
Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib, şəxsiyyəti hələlik müəyyən olunmayan 3 nəfər isə Şırvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb. Hadisənin təfərrüatı barədə məlumat veriləcək.
Şirvan şəhərində atışma baş verib
Bir nəfər hadisə yerində keçinib, şəxsiyyəti hələlik müəyyən olunmayan 3 nəfər isə Şırvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib.




Şərhlər