Serxoş yol polisi qeza töretdi
29 Sentyabr 2013 Bazar 23:02
Serxoş yol polisi müfettiş qeza töretdiyine göre, işini itirmeli olacaq.
Bu gün axşam saatlarında Moskvanın 99-cu kilometr M8 avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in "İnterfaks"-a istinadən verdiyi xəbərə görə, qəzanı törədən Moskvanın Şərq inzibati dairəsi üzrə dövlət yol hərəkəti təhlükəsizliyi müfəttişliyinin inspektorudur.
O, sərxoşluq vəziyyətdə idarə etdiyi "Toyota Camry" avtomobili ilə qarşı istiqamətdə hərəkət edən "UAZ" markalı aqvtomobillə toqquşub.
Nəticədə "UAZ"-ın sürücüsü ilə sərnişinlər yüngül bədən xəsarətləri alıblar. Hadisə yerinə gələn xilasedicilərin təkidlərinə baxmayaraq, yaralılar xəstəxanaya getməkdən imtina ediblər.
Moskva polisinin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilir.
Son məlumata görə, qəza törədən müfəttişin daxili işlərin orqanlarından çıxarılması məsələsi qaldırılıb. Bundan başqa, hadisə ilə bağlı işlədiyi idarənin rəhbərlərinin də ciddi intizam məsuliyyətinə cəlb olunması gözlənilir.
DOSTLARINLA PAYLAŞ: