Hadisə

Sərhəddə beş qaçaqmalçı öldürüldü

İran-İraq sərhədində silahlı insident baş verib.

· Xəbərçi
Sərhəddə beş qaçaqmalçı öldürüldü
İran-İraq sərhədində atışma baş verib. ANS PRESS-in məlumatına görə, İran polis komandanlığının yaydığı məlumata görə, ölkənin İraqla sərhədində qaçaqmalçılarla silahlı toqquşma olub. İnsident nəticəsində beş nəfər qaçaqmalçı öldürülüb. Öldürülənlərdən 3,5 ton müxtəlif tərkibli narkotik maddə götürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər