Hadisə

Şemkirde Volkswagen daşa çırpıldı

Volkswagen avtomobilde sıxılıb qalmış sürücü xilas edilib.

· Xəbərçi
Şemkirde Volkswagen daşa çırpıldı
Şəmkir rayonunda, Bakı-Qazax yolunun 381-ci kilometrliyində “Volkswagen” markalı minik avtomobili yolun kənarındakı daşlara cırpıldı. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə, avtomobil deformasiyaya uğramış, avtomobilin sürücüsü xəsarət almış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:05-də başa çatmışdır;

Şərhlər