Şəmkirdə 20 yaşlı qız sevgilisini öldürdü.
12 Fevral 2013 Çərşənbə Axşamı 12:12
29 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb
Dünən axşam saatlarında Şəmkir rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Mahmudlu kəndində, kənd sakini 1993-cü il təvəllüdlü Qafarova Sədaqət Məhəmməd qızı həmkəndlisi 1984-cü il təvəllüdlü Xudiyev Elmar Əli oğlunu bıçaqlayaraq qətlə yetirib.
S.Qafarova qeyri-rəsmi nikah münasibətində yaşadığı oğlanın ürək nahiyəsinə 1 bıçaq zərbəsi endirməklə ona ağır xəsarət yetirib. 29 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş verməsinə səbəb kimi, “sevgililər” arasında münasibətlərin pozulması göstərilir. Məlumata görə, E.Xudiyev evli olub və onun 3 uşağı var. Faktla əlaqədar Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: