Şəkili tələbə qız Migəçevirdə vəfat edib
03 Mart 2013 Bazar 00:31
Turizm Kollecinin 19 yaşlı tələbəsinin dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi bildirilib.
Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib, bir nəfər ölüb. Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə martın 2-də axşam saat 17:00 radələrində Mingəçevir şəhərinin Dilarə Əliyeva küçəsindəki ev 16, mənzil 12-də qeydə alınıb. Həmin ünvandakı evdə kirayə qalan Şəki şəhər sakini 1994-cü il təvəllüdlü Mirzəliyeva Könül Pənah qızının hamam otağında meyiti tapılıb. Hadisənin dəm qazından baş verdiyi bildirilir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinin baş həkimi Rauf Quliyev tələbə qızın dəm qazından boğulması faktını təsdiqləyib.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Könül Mirzəliyeva Mingəçevir Turizm Kollecinin “Turizm və onun təşkili” ixtisasının II kurs tələbəsi idi.
DOSTLARINLA PAYLAŞ: