Hadisə

Şəkidə partlayış olub.

Partlayış Şəkidə yaşayış evlərindən birində baş verib.

· Xəbərçi
Şəkidə partlayış olub.
Şəki şəhərində vətəndaşa məxsus fərdi yaşayış evində partlayış baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində yanğın olmayıb.

Partlayış nəticəsində ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində, 1 otağın tavanı 0,5 kv.m sahədə dağılmış, ev sakinləri 1983-cü il təvəllüdlü Məmmədov İlham Yusifkərim oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 1984-cü il təvəllüdlü Məmmədov Elman Yusifkərim oğlu isə aldığı ağır bədən xəsarətləri hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər