Hadisə

Şəkər zavodunda 2 nəfər öldü

Onlar kanalizasiya quyusuna yıxılıblar

· Xəbərçi
Şəkər zavodunda 2 nəfər öldü
İmişli rayonunda yerləşən şəkər zavodunda faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, zavodun həyətində iki nəfər kanalizasiya quyusuna düşərək ölüblər.

Belə ki, 1965-ci il təvəllüdlü Azər Cəbiyev və 1977-ci ildə anadan olan Namiq Məmmədov zavod ərazisindəki kanalizasiya quyusuna düşüblər. Nəticədə onlar ağır bədən xəsarətləri alıblar və hadisə yerindəcə keçiniblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Şərhlər