Hadisə

Saxta qızıl alverçisi tutuldu

Tərtər rayon sakini Saxta qızıl alverçisi Gəncədə tutuldu.

· Xəbərçi
Saxta qızıl alverçisi tutuldu
Gəncədə saxta qızıl satan şəxsi polis tutub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini İsgəndər Əliyev Gəncə polisinə müraciət edərək, aldadıldığını bildirib.

O, şikayətində qeyd edib ki, ona 54,6 qram qızıl suyuna salınmış metaldan hazırlanmış 3 ədəd boyunbağını qızıl adı ilə 1600 manata satıblar. İsgəndər Əliyev bildirib ki, həmin şəxsi “Tofaş” markalı avtomaşında görüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı avtomaşını idarə edən Tərtər rayon sakini Təvəkkül Həsənov saxlanıllb. Avtomaşına baxış zamanı qızıl suyuna salınmış 5 ədəd metaldan hazırlanmış boyunbağı və 1 ədəd tərəzi götürülüb.

Şərhlər