Dünən Samux rayonunun Burunqovaq kəndi ərazisindəki heyvandarlıq fermasının ərazisində ölüm faktı qeydə alınıb.
Samux rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəisi Fəxrəddin Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Elməddin Nizami oğlu Ellazalıyev özündən 11 yaş böyük həyat yoldaşı Kəmalə Əziz qızı Məmmədovanı çomaqla döyərək öldürüb.
Qeyd edək ki, Daşkəsən rayon sakini olan ər-arvad Burunqovaq kəndi ərazisində heyvandarlıqla məşğul imişlər. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Yaxınları mərhumu dərhal dəfn etmək istəsələr də, hadisədən xəbər tutan Samux rayon Polis Şöbəsinin əməkdaşları bunun qarşısını alıblar. E. Ellazıyev həbs olunub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
APA