Hadisə

Samux rayonunda məktəb yandı

Samux rayonunda məktəbdə yanğın olub.

· Xəbərçi
Samux rayonunda məktəb yandı
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Samux rayonu, Poylu kəndində hər mərtəbəsi 1250 kvadratmetr olan ikimərtəbəli məktəb binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 12 kv.m olan xidməti otaqda 4 kv.m sahədə əşyalar və sənədlər qismən yanıb.

Yanğın zamanı 60 nəfərə yaxın şagird və müəllim heyəti yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Otaq və sənədlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər