Dünən Salyanda narkotik maddələrin satışı ilə məşğul olan şəxs tutulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Xocalı kənd sakini Fəxrəddin Mirəyyub oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman satış məqsədilə əldə etdiyi 1 kiloqram 131 qram tiryək, 172, 52 qram marixuana və 0,65 qram çətənə toxumu tapılıb. F.Həsənov narkotikanı evin qapısında saxlayırmış. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Salyanda narkotik alverçisi tutuldu
Saxlanılan şəxs narkotikanı evin qapısında saxlayırmış.




Şərhlər