Ötən gecə saat 23:00 radələrində Saatlının Xələfli kəndində qanlı cinayət baş verib. Saatlı rayon prokurorunun köməkçisi Hüseyn Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, Elxan Alməmməd oğlu Əliyev münaqişə zəminində Sahib Hüseynovu və Elşən Palıyevi bıçaqlayıb.
Hadisə nəticəsində Sahib Hüseynov ölüb. Elşən Palıyev isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Hadisənin küçədə, insanların gözü qarşısında baş verdiyi bildirlir.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hadisən törədən Elxan Əliyev saxlanılıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Saatlıda gece dehşet yaşandı
Sakinlərin gözü qarşısında iki nəfər bıçaqlandı.




Şərhlər