Rusiya silkələndi
14 Fevral 2013 Cümə Axşamı 20:58
Yakutsk şəhərində 6,9 bal gücündə zəlzələ olub
Rusiya Federasiyasının Yakutiya bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Yakutsk şəhərindən 867 km şimal şərqdə qeydə alınıb.
Təkanların gücü hesablamalara görə, zəlzələnin episentrində 9-10 bal təşkil edə biləcəyi ehtimal olunur. Zəlzələ 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Rusiya FHN-in məlumatına görə, yaşayış məntəqələrində təkanlar zəif hiss olunub.
DOSTLARINLA PAYLAŞ: