Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılarla MTN-in əməliyyatçıları arasında atışma olub, ölən və yaralanan var
Xaçmaz Rayon Prokurorluğundan
APA-ya verilən məlumata görə, hadisə Xəzər dənizinin Azərbaycan sahillərində, Xaçmaz rayonu ərazisində baş verib.
Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları Çin istehsalı olan 114 yeşik mobil telefon, xeyli miqdarda alışqan və bir sıra məişət məhsullarını Azərbaycan vasitəsi ilə qanunsuz yolla Rusiyaya keçirilməsinin qarşısını alıblar.
Əməliyyat zamanı mütəşəkkil dəstə üzvləri əməliyyatçılara silahlı müqavimət göstəriblər. Nəticədə mütəşəkkil dəstənin bir üzvü, Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Rafiq Şirzal oğlu Fətullayev əməliyyatçılar tərəfindən öldürülüb. Dəstənin digər üzvü, Çeçenistan vətəndaşı, 1976-cı il təvəllüdlü Yunis Nesenoviç Zəbirov isə ayağından yaralanıb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.