Hadisə

Qusarda yol qəzası hadisəsi baş verib

Hadisə yerindən qaçan sürücü isə polis tərəfindən saxlanıb

· Xəbərçi
Qusarda yol qəzası hadisəsi baş verib

Martın 3-də saat  09.00 radələrində Qusar rayonu ərazisində naməlum avtomobil piyada Nəcəfkənd kənd sakini Pərixanım Kazımovanı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nəticədə P.Kazımova hadisə yerində keçinib. Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "QAZ-53" markalı maşının sürücüsü, Aşağı Kalxanur kənd sakini Ədik Əlimuradov tutulub. Faktla bağlı Qusar RPŞ tərəfindən araşdırmalar aparılır./ANSPRESS/

Şərhlər