Hadisə

Qubanı sel basdı

Kənd sakinlərinə məxsus bir neçə evin həyətini su basıb.

· Xəbərçi
Qubanı sel basdı
Ötən gün Quba rayonunda güclü yağış yağması nəticəsində bir sıra problemlər yaranıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakinlərinə məxsus bir neçə evlərin həyətini su basıb. Sell nəticəsində yollarda hərəkət çətinləşib.

Vəlvələçay, Nohurdüzü və Cimiçayda suyun səviyyəsi 20-25 sm artıb. Bu da həmin ərazilərdə xüsusi təhlükəli vəziyyət yaradıb.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun ANS PRESS-ə verdiyi məlumata görə, yağış suları müəyyən çətinliklər yaratsa da, elə bir ciddi problem yoxdur. Hazırda yaranmış çətinliklər aradan qaldırılır.

Şərhlər