Hadisə

Qubada partlayış baş verib

Hadise Qubanın Maksim Qorki küçesinde baş verib.

· Xəbərçi
Qubada partlayış baş verib
Qubada qaz partlayışı olub. ANS PRESS-in hadisə yerində olan bölgə müxbirinin verdiyi məlumata görə, partlayış Qubanın Maksim Qorki 24 küçəsində yerləşən 18 nömrəli mənzildə qeydə alınıb.

Hadisə nəticəsində mənzildə kirayə qalan Quba Yol Polis Şöbəsnin əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra meydana gələn alovu söndürmək üçün əraziyə fövqəladə hallar nazirliyinin əməkdaşları və 2 avtomobili cəlb olunub.

Yanğın başladaqıdan sonra binanın 4-cü mərtəbəsindən yerə düşən pəncərə ərazidə olan avtomobillərdən birinə ziyan vurub.

Quba Qaz İstismarı idarəsinin rəisi Məhərrəm Hacıyev ANS PRESS-ə verdiyi açıqlamasında hadisə ilə bağlı araşdırmalar aparıldığını, nəticələrin araşdırmalardan sonra bəlli olacağını bildirib. İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Detallar araşdırılır.

Şərhlər