Hadisə

Qubada ikimertebeli ev yandı

Evin 2-ci mərtəbəsində yaranan alov qısa zamanda bütün binanı bürüyüb.

· Xəbərçi
Qubada ikimertebeli ev yandı
Ötən gün axşam saatlarında Qubada ikimərtəbəli ev yanaraq külə dönüb. Regional TV xəbər verir ki, hadisə Quba şəhərinin Ağamalı küçəsində İsazadə Raqib Fikrət oğluna məxsus 2-mərtəbəli yaşayış evində baş verib. Evin 2-ci mərtəbəsində yaranan alov qısa zamanda bütün binanı bürüyüb.

Dərhal əraziyə FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 2 saat ərzində alov tam söndürülüb. Binanın birinci mərtəbəsinin bir hissəsi yanğından mühafizə olunsa da, qalan hissələr içindəki avadanlıqla birlikdə yanıb. İlkin ehtimala görə, yanğın elektrik xətlərində yaranan qısaqapanma nəticəsində baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda fakt araşdırılır.

Şərhlər