Quba rayonunda bir nəfəri sel aparıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Gültəpə kənd sakini, 56 yaşlı Şahsəddin Camalov sel sularına qərq olub.
Quba rayon prokuroru Nazim Hacıyevin verdiyi məlumata görə, bədbəxt hadisə Ş.Camalov özəl torpaq sahəsini sel basdığına görə həmin əraziyə baxmağa gedərkən baş verib. Torpaq sahəsinin yaxınlığındakı Ağçayın daşması nəticəsində onu sel aparıb. Bir qədər sonra su Camalovun meyitini sahilə çıxarıb.
Faktla bağlı araşdırma aparılır. Həmçinin ekspertiza təyin olunub.
Qubada bir nəfəri sel aparıb
56 yaşlı Şahsəddin Camalov sel sularına qərq olub




Şərhlər