Qoz ağacı ölümə səbəb oldu
03 Oktyabr 2009 Şənbə 19:00
Xaçmazda bədbəxt hadisə baş verib
Bu gün saat 15:00 radələrində Xaçmazın Çarxı kəndində bədbəxt hadisə baş verib. Kənd sakini 50 yaşlı Vahid Rza oğlu Surxayev həyətində qoz ağacını kəsib. Sonra ağacı iplə dartmaq istəyərkən qoz ağacı onun başına düşüb.

Hadisədən sonra ailə üzvləri zərərçəkmiş Vahid Surxayevi 15:30 radələrində Xaçmaz rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdırıblar. Xəstəxananın şöbə müdiri Ağayar Quliyevin verdiyi məlumata görə, hadisə nəticəsində Vahid Surxayev açıq kəllə-beyin travması, beyin-baş əzilməsi, kəllə sümüyündə sınıq xəsarətləri alıb. Nəticədə yarım saat komaya düşüb, sonra isə dünyasını dəyişib.

Xaçmaz RPİ-nin rəis müavini Fərahim Hüseynli bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Mərhumun meyiti hazırda meyitxanada saxlanılır. İlkin müayinədən sonra onun cəsədi ailəsinə veriləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar