Qadınlar hərbçini zorladılar
01 May 2013 Çərşənbə 15:12
25 yaşlı şəxs qarət edildikdən sonra seksual zorakılığa məruq qalıb.
Afrikada hərbçi kişi qadın zorakılığının qurbanı olub. ANS PRESS-in məlumatına görə, bunu "The New York Daily News" qəzeti yazıb. Hadisə Zimbabvedə olub. İki qadın və bir kişidən ibarət dəstənin qurbanı hərbçi olub. Onlar 25 yaşlı hərbçini oğurlayaraq bir necə gün seksual zorakılığa məruz qoyublar.

Zərəçəkmiş hərbçinin sözlərinə görə, cinayətkar dəstənin üzvləri "Mercedes Benz" markalı maşına minib. Lakin 1 saatdan sonra onlar istiqamətlərini dəyişərək başqa yönə getməyə və onu bıçaqla hədələməyə başlayıblar. Qadınlardan biri onun gözünü bağlayıb.

Bir evə gətirilən kişi əvvəlcə qarət edilib. Sonra isə onu tamamilə soyunduraraq seksual xarakterli zorakılığa məruz qoyublar.

Bir necə gündən sonra adı açıqlanmayan hərbçi ölməsi üçün kimsəsiz yerə atılıb. Lakin sağ qalan hərbçi polis məntəqəsinə kimi gedə bilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar