Prokuror terrorçulara iş istəyib
11 Sentyabr 2009 Cümə 13:00
Onlar Qəbələ RLS və İsrail səfirliyini partlatmaq istəyirmişlər
Ağır Cinayətlərdə Dair İşlər üzrə Məhkəmədə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə təqsirləndirilən Livan və azərbaycanlılardan ibarət dəstə üzvlərinin məhkəmə işi üzrə istintaq yekunlaşıb. ANS PRESS-in məlumatına görə, hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmədə dövlət ittihamçısı Etiram Baxşəliyev dəstə üzvlərinə cəza istəyib. O, Livan vətəndaşı Kələki Əli Məhəmməd, Nəcməddin Əli Hüseynin 15, Azərbaycan vətəndaşı Cavid Məmmədov, Vidadi Rəsulovun 14, Müşfiq Amanov və Əfqan Balaşovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üzərində saxta yolla hazırlanmış İran pasportları tapılıb.

Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalı idilər.

İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər.

Dəstə üzvləri AR Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələriylə ittiham edilirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar