Hadisə

Pirşağıda zəncirvari qəza: olub

Ötən gecə saat 01:15 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsində ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

· Xəbərçi
Pirşağıda zəncirvari qəza: olub
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Məharət Əliyevin idarə etdiyi "Mercedes", Dilşad Əliyevanın idarə etdiyi "VAZ-2103" və Qafar Qafarovun idarə etdiyi BMW markalı avtomobillər toqquşub.

Nəticədə "Mersedes" markalı avtomobilin sərnişini Əziz Ənnağıyev və Q.Qafarov xəsarətlə 3 saylı xəstəxanaya yerləşdiriliblər, BMW markalı avtomobilin sərnişini Aydın Rzayev isə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Şərhlər