Hadisə

Peleng xidmetçiye hücum edib

Qadın olduqca ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

· Xəbərçi
Peleng xidmetçiye hücum edib
ABŞ-ın İndiana ştatının Enter-poynt şəhərində ekzotik heyvanlar mərkəzində pələng xidmətçiyə hücum edib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qadın olduqca ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mərkəzin rəhbərliyi iddia edir ki, hadisə qəflətən baş verib. “Əməkdaşımız pələngin qəfəsini təmizləyirdi. Təmizlik aparılan zaman heyvan başqa bir qəfəsə salınır. Ancaq xidmətçi qadın digər qəfəsi bağlamağı unudub və pələng ona hücum edib”, deyə mərkəzin açıqlamasında bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, pələng xidmətçi qadını yerə yıxıb və ağzı ilə başını sıxmışdı.

Şərhlər