Paytaxtda odlu silahla qətl 
    21 Noyabr 2009 Şənbə 15:00
    Əvvəllər məhkum olunmuş Şahin Nurməmmədov güllə ilə öldürülüb
    
                	 
    
         Bakı şəhərində qətl hadisəsi baş verilib. Yasamal rayon Prokuroluğundan ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 01.25 radələrində Yasamal rayonundakı A. Şaiq küçəsində əvvəllər məhkum olunmuş şəhər sakini Şahin Nurməmmədov güllə ilə vurulub. O, ağır xəsarətlə 1 saylı şəhər Xəstəxanasına çatdırılsa da, orada keçinib. 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. 
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: