Paytaxtda körpə meyiti tapılıb
02 Oktyabr 2009 Cümə 16:35
Azərbaycan paytaxtında yaşayış binalarının arasında yeni doğulmuş uşaq meyiti tapılıb. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, bu gün rayonun Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən yaşayış binalarının arasında naməlum uşaq meyitinin olması barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitə baxış keçirən ekspertlər onun bir-neçə gün əvvəl doğulmuş oğlan uşağı olduğunu müəyyən ediblər.
Körpənin meyiti müayinə olunmaq üçün ekspertizaya göndərilib. İlkin ehtimala görə, körpə öldükdən sonra küçəyə atılıb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.APA
DOSTLARINLA PAYLAŞ: