Hadisə

Oturduğu yerdə işə düşən sürücü

Nizami rayonu ərazisində taksi sürücüsü naməlum şəxslər tərəfindən bıçaqlanıb.

· Xəbərçi
Oturduğu yerdə işə düşən sürücü
Ötən gecə Nizami rayonu ərazisində taksi sürücüsü oturduğu yerdə işə düşüb. Belə ki, naməlum şəxs sürücünü qapını açmadan, maşının pəncərəsindən çıxararaq döyüb. Daha sonra qızışan dava-dalaş taksi sürücüsü Vüsalın bıçaqlanması ilə nəticələnib.
Çoxsaylı bıçaq xəsarətləri alan zərərçəkən - 23 yaşlı Vüsal Budaqov hadisə şahidlərinin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş baş verənlərlə bağlı bildirib ki, Mərdəkan qəsəbəsinə aparmağa müştəri gözlədiyi bir vaxtda tanımadığı bir nəfər ona söz atib. Elə bundan sonra da tərəflər arasında mübahisə yaranıb.

Hadisə barədə artıq Nizami rayon Polis Idarəsinin əməkdaşlarına məlumat verilib və polislər tərəfindən zərərçəkən Vüsal Budaqovun izahatı alınıb. Qanlı hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər