Hadisə

Otlaq üstündə kütləvi dava: ölən var

Dava heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə baş verib.

· Xəbərçi
Otlaq üstündə kütləvi dava: ölən var
Göygöl rayonunda otlaq üstündə dava düşüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumaa görə, dava Göygöl rayonu ilə Şəmkir rayonu arasında heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə baş verib.

Belə ki, oktyabrın 2-də 4 nəfər Göygöl rayon sakinilə 5 nəfər Şəmkir rayon sakini arasında yaranan davada bir neçə nəfər müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu gün səhər saatlarında yaralılardan biri, 37 yaşlı Xəyyam Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.



Şərhlər