Moskva məhkəməsi Yeqor Şerbakovun ölümündə şübhəli bilinən Orxan Zeynalovu həbs etdi. ANS PRESS-in məlumatına görə, hakim Zeynalovu dekabr ayının 10-a qədər həbs edib. Məhkəmə qərarı Orxan Zeynalovun sərbəst qalacağı təqdirdə qaçıb gizlənmək təhlükəsinin olduğunu bildirib.
Hakim hökmündə qeyd olunub ki, Zeynalov ağır cinayət törədib, cəmiyyətə təhlükəli insandır, bundan öncə də həbsxanada yatıb.
Orxan Zeynalov zala sakitçə daxil olub, qəfəsə daxil olduqda isə gödəkçəsinin papağını başına çəkərək üzünü kameralardan gizlədib. Məhkəmədə Zeynalovun maraqlarını iki vəkil qoruyur.
Qeyd edək ki, Orxan hadisəni törətdiyini inkar edib.
Orxan Zeynalov hebs edildi
Orxan Zeynalov hebs edildi. Mehkeme hemyerlimizin serbest qalacağı teqdirde qaça bileceyini esas getirerek dekabrın 10-dek mesuliyyete celb edib.




Şərhlər