Valideyn bıçaqla məktəb direktorunun üstünə hücum çəkib.
Türkiyənin İzmir vilayətində orta məktəbdə görünməmiş hadisə baş verib. ANS PRESS-in Tükiyə mətbuatına isitnadən verdiyi məlumata görə, şagirdlərdən birinin valideyni övladının sinifinin yerinin dəyişdirilməsinə əsəbləşdiyi üçün məktəb direktoru ilə dalaşıb. Əvvəlcə məktəbin dəhlizində direktorla mübahisəyə başlayıb. Daha sonra mübahisə daha da qızışıb. Sonradan valideynlə direktor arasında mübahisə əlbəyaxa davaya çevrilib. Əsəblərini cilovlaya bilməyən ata əlində bıçaq direktoru məktəbin dəhlizində qovmağa başlayıb. Məsələyə digər valideynlər və müəllimlər qarışıb. Əsəbi ata sakitləşdirilib. Hadisə ilə əlaqədar məktəbin müəllimləri etiraz olaraq dərslərə girməyiblər.