Ordumuzun esgeri intihar edib
04 Yanvar 2014 Şənbə 14:40
2013-cü ilin oktyabrında heqiqi herbi xidmete çağrılan 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asaraq intihar edib.
Azerbaycan Silahlı Qüvvelerinin herbi qulluqçusu intihar edib. ANS PRESS-in APA-ya istinadla verdiyi melumata göre, hadise Müdafie Nazirliyinin cebhe bölgesinde yerleşen “N” saylı herbi hissesinde qeyde alınıb. Herbi hissenin esgeri, Göygöl rayonundan heqiqi herbi xidmete çağırılan 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asaraq intihar edib. Onun özüne qesd etmesinin sebebleri helelik melum deyil.

Seferberlik ve Herbi Xidmete Çağırış üzre Dövlet Xidmetinin Göygöl rayon şöbesinden APA-ya faktı tesdiqleyibler. Bildirilib ki, merhum 2013-cü ilin oktyabrında heqiqi herbi xidmete çağırılıbmış.


DOSTLARINLA PAYLAŞ:

oyunlar