Ölümünü səhnələşdirməyə cəhd göstərdi
17 Sentyabr 2009 Cümə Axşamı 23:55
İstəyinə nail ola bilməyən şəxs intihar edib
Ukraynanın Zaparoje vilayətinin Melitopol şəhərində 39 yaşlı yerli sakin maraqlı bir təklif irəli sürüb. Vərəm xəstəxanasının pasienti öz ölümünü yerli telekanala satmağa çalışıb. Belə ki, cümə axşamı ukraynalı Melitopol teleradio şirkətinə gələrək müəyyən pul müqabilində kameralar qarşısında özünü asmağı təklif edib. Onun sözlərinə görə, bu yolla o, öz qohum və yaxınlarına kömək etmək istəyirmiş. Teleradio şirkətinin əməkdaşları isə onun təklifindən imtina edərək bu barədə milisə xəbər veriblər.

Həmin gün yerli vaxtla təqribən 19:00-da adıçəkilən xəstaxananın baş hakimi Melitopol şəhər milis şöbəsinə zəng edərək klinika yaxınlığındakı meşə zolağında bir xəstənin özünü asması barədə xəbər verib.

Hadisə yerinə gələn milis əməkdaşları özünü asan şəxsin məhz telekameralar qarşısında intihar etmək istəyən kişi olduğunu müəyyən edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar