Ölkənin paytaxtı ilə cənub bölgəsini birləşdirən yeganə magistral olan Ələt-Astra yolunda baş vermiş qəza sabəbindən hər iki istiqamətdə nəqliyyat vastələrinin hərəkəti tamamilə dayandırılıb. Körpünün uçması nəticəsində beynəlxalq əhmiyyətli “TransAvrasiya” rabitə xətti də sıradan çıxıb.
Qeyd edək ki, 1964-cü ildə inşa olunan körpüdə 2002- ci ildə dayağlardan birində çökmə baş verməsi səbəbilə təmir işləri aparılıb. Lakin sonradan ağırtonajlı yük avtomobillərinin mütəmadi keçməsi körpünü yenidən qəzalı vəziyyətə salıb. Cəlilabad rayon fövqəladə hallar komisiyasının sədri Asif Əziziovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, dəfələrlə mövcud vəziyyətlə bağlı adiyyatı qurmlar məlumatlandırılsa da, təəsüflər olsun ki, hər hansı qabaqlayıcı tədbirlər görülməyib.
Hazırda magistral yolda hərəkətin bərpa etmək üçün Mişarçay üzərində alternativ yolun çəkilməsi istiqamətində işlər aparılır.







Şərhlər