Hadisə

Olimpia çempionu suda boğuldu

Endryu Simpson faciə nəticəsindədünyasını dəyişib.

· Xəbərçi
Olimpia çempionu suda boğuldu
ABŞ-da bədbəxt hadisə nəticəsində yelkən idmanı üzrə britaniyalı olimpiya çempionu Endryu Simpson həlak olub. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, 36 yaşlı çempion qayığın çevrilməsi nəticəsində suya düşüb.

Zərərçəkəni yalnız 10 dəqiqədən sonra sudan çıxarmaq mümkün olub. "Artemis Racing" komandasının üzvləri olimpia çempionunu həyata qaytarmaq mümkün olmadığını bəyan ediblər. "Endryunun yaxınlarına başsağlığı veririk", - deyə komandanın saytında bildirilir.

Xatırladaq ki, Simpson 2008-ci il Pekin Olimpiadasında çempion olmuşdu. O, 2010-cu il dünya çempionatında qızıl medal qazanmışdı.

Şərhlər