Oğul anasını bıçaqladı
20 Noyabr 2013 Çərşənbə 15:06
18 yaşlı genc anasını aile münaqişesi zemininde yaralayıb.
Göyçay rayonunda bıçaqlanma hadisesi baş verib. Rayon Polis Şöbesinden APA-ya verilen melumata göre, hadise rayonun Kürdemiş kendinde qeyde alınıb. 1995-ci il tevellüdlü Heyderli Heyder Bayram oğlu aralarında baş veren aile münaqişesi zamanı anası 1976-cı il tevellüdlü Heyderova Mehseti Vaqif qızını bıçaqlayıb. Qarın nahiyesinin kesilmiş-deşilmiş yarası, qara ciyerin kesilmesi, daxili qanaxma diaqnozu ile Göyçay Merkezi rayon Xestexanasının cerrahiye şöbesine yerleşdirilen Mehseti Heyderova emeliyyat olunub. Hazırda onun veziyyeti orta-ağır qiymetlendirilir.

Anasını bıçaqlayan Heyder Heyderli ise evden qaçıb. Hazırda hüquq-mühafize orqanlarının emekdaşları onun tapılması istiqametinde emeliyyat-axtarış tedbirlerini heyata keçirirler.

Faktla bağlı Göyçay rayon Polis Şöbesi terefinden araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar