Şəmkir rayonunda maraqlı oğurluq hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, oğurluq məqsədilə evə daxil olan Rəşad Vəliyev qızıl zinət və qiymətli əşyaları ələ keçirməyə cəhd edib. İstədiklərini əldə edən Şəmkir sakini daha sonra dincəlmək üçün uzanıb və oğurluq etdiyi evdə yatıb qalıb. Ev sakini tərəfindən yaxalanan oğru polisə təslim edilib. R.Vəliyev polisə ifadəsində spirtli içkinin təsirindən yuxuya getdiyini deyib.
Qeyd edək ki, R.Vəliyev oğurluq əməlinə görə bir dəfə məhkumluq həyatı yaşayıb.
Oğru girdiyi evdə yatdı
Ev sakini tərəfindən yaxalanan oğru polisə təslim edilib.




Şərhlər