Nesimi rayonunda ticaret merkezi yandı
09 Sentyabr 2013 Bazar Ertəsi 15:40
Yanğın Nesimi rayonunda ikimertebeli ticaret merkezinde baş verib.
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 60 kv.m (hər mərtəbəsi 30 kv.m) olan ticarət mərkəzində yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən mağazanın lambirdən ibarət tavanı 6 kv.m sahədə əriyib, 2-ci mərtəbəsində yerləşən hazırda fəaliyyət göstərməyən taxta konstruksiyadan ibarət stomotoloji kabinetin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunüb. Yanğn saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar