Nermin Şadlıq Evinde atışma olub 2 nefer güllelenib
30 Avqust 2013 Cümə 10:32
Balakende toy merasimi zamanı Nermin şadlıq evinde atışma olub 2 nefer güllelenib.
Balakəndə toy mərasimində silahlı insident baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayon mərkəzində yerləşən “Nərmin” Şadlıq Evinin qarşısında qeydə alınıb.
Toy mərasiminə qonaq qismində qatılan bir neçə nəfər arasında mübahisə düşüb. Sərxoş vəziyyətdə olan həmin şəxslər məclisi tərk edərək şadlıq evinin qarşısında mübahisələrini davam etdiriblər.
Nəticədə rayonun Qullar kənd sakini İbrahim Muqumov tapança ilə iki həmkəndlisini - 1978-ci il təvəllüdlü Səbuhi Ağaisa oğlu Rəhimov və 1976-cı il təvəllüdlü Müsənnif İsa oğlu Lahıcovu güllələyib. Hər iki şəxs ağır yaralı vəziyyətdə Balakən Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən İ. Muqumov saxlanılıb. Xəstəxanadan verilən məlumata görə, qarın boşluğundan güllə yaraları alan hər iki şəxsin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: