Neft daşıyan yük qatarı aşıb
24 Sentyabr 2009 Cümə Axşamı 10:45
Bakıdan Gürcüstana neft daşıyan yük qatarı aşıb, Neftlə dolu olan 6 yük vaqonu relsdən çıxıb
Sentyabrın 23-də axşam saat 19.00 radələrində Dübəndi terminalından Gürcüstan Respublikasına xam neft məhsulu daşıyan yük qatarı qəzaya uğrayıb. Nizami rayon, Pəhləvan Fərzəliyev küçəsindən keçən zaman qəfildən neft məhsulu ilə dolu olan 6 yük vaqonu relsdən çıxıb.

Yüklə dolu sisternlərin aşmasının qarşısını isə dəmiryol xəttinin kənarında olan elektrik dirəkləri və yaşayış evlərinin hasarları alıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Vaqonlarda olan yük isə ətrafa dağılmayıb.

Baş verə biləcək hər hansısa bir yanğın hadisəsinin qarşısının alınması məqsədilə ərazi dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən tam olaraq nəzarətə götürülüb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Hadisə yerində olan Keşlə dəmiryol stansiyasının əməkdaşlarından aldığımız məlumata görə, baş vermiş qəzanın fəsadları bu gün aradan qaldırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar