Hadisə

Naxçıvanda herbi maşın dereye aşıb

“Ural” markalı yük maşını dərəyə aşması nəticəsində müddətdən artıq qulluq edən 1974-cü il təvəllüdlü Məmməd Hüseynov ölüb.

· Xəbərçi
Naxçıvanda herbi maşın dereye aşıb
Ötən gün Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə aşıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində sürücü 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov ölüb. O, müddətdən artıq xidmət edirmiş.
Qəza nəticəsində avtomobildə olan digər əsgər İlkin Orucov yaralanıb. Əsgər hərbi hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər