Hadisə

Narkotiklə tutuldu, silah aşkar edildi

Çingiz İbrahimovun evindən avtomat və patron sandıqça tapıldı

· Xəbərçi
Narkotiklə tutuldu, silah aşkar edildi
Lənkəran sakinindən odlu silah aşkar edilib.
Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri - 23 yaşlı Elmiq Talıbov və 40 yaşlı Çingiz İbrahimovdan 523,8 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində Ç.İbrahimovun Lənkəran şəhərindəki evindən “AKM” markalı avtomat silah və 37 ədəd patron sandıqça aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər