Baxış zamanı sahədən aqrotexniki qaydada becərilmiş külli miqdarda narkotik vasitə olan çətənə kolu aşkar edilib. Çətənə kolları kökündən çıxarılaraq kisələrə yığılıb. Bundan başqa, əməliyyat zamanı fərdi yaşayış evindən qurudulmuş və qurudulmamış marixuana da aşkar edilib. Vilayət Qədirov verdiyi ilkin ifadədə törətdiyi əməldən peşiman olduğunu deyib.
Faktla bağlı Salyan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 234.1 və 237.2.3 maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.









Şərhlər