Moskvada azərbaycanlılar mitinq keçirib
19 Sentyabr 2009 Şənbə 01:50
Qəzzaya dəstək üçün keçirilən mitinqdə İsrailin işğal siyasəti pislənib
Rusiyanın paytaxtı Moskva şəhərində Fələstinə dəstək aksiyası keçirilib. ANS PRESS “İslamnews.ru” saytına istinadən xəbər verir ki, aksiyanı əsasən azərbaycanlılardan ibarət “Əhli Beyt” icması təşkil edib. Təxminən 150 nəfərin iştirak etdiyi aksiyada “Qəzzanı ölümdən xilas edin”, “Qəzza elektriksiz qalıb”, “Qəzza embarqosu ləğv olunsun”, “Qatil İsrail”, “Müqəddəs torpaqlarda sülh istəyirik”, “Qüds kafirlərdən azad ediləcək” kimi şüarlar açılıb. Bundan başqa aksiya iştirakçıları əllərində İsrailin fələstinlilərə qarşı tətbiq etdiyi zorakılıq hadisələrinin nümayiş olunduğu fotoşəkillər daşıyıb. Aksiyaya İsrailin Qəzza işğalına qarşı olan yerli Provoslav icmasının nümayəndələri də dəstək veriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar